Filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) ixtisasında fənlər üzrə seçim

Filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) ixtisasının I  kursunda ÜFS-B04,I  bloku üzrə 2022/2023-cü tədris ili üçün tələbələrin seçiminə beş fənn – “Fəlsəfə”, “Sosiologiya”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları”, “Məntiq” və “Etika”  fənləri təqdim olunmuşdur. Hər fənnin aparıcı müəllimləri tərəfindən (f.ü.f.d.Ü.Balakişiyev, dos.A.Məmmədov, b/m.Q Ramazanova, m.R.Əliyev ) tələbələrə fənlərin predmeti, məqsədi, məzmunu, tədrisinin əhəmiyyəti barədə geniş məlumat verildi, tələbələrin sualları cavablandırıldı. Sonra komissiya üzvlərinin iştirakı ilə seçimdə iştirak edən  tələbələr müstəqil formada onlara paylanmış bülletendə hər bir fənnə öz münasibətini bildirdilər.

           Seçimin nəticələrinə görə  2022/2023-cü tədris ili üçün Filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) ixtisasının I kursunda İPFS-B04,I bloku üzrə  “Sosiologiya”  fənni seçilmiş hesab olundu.

Filologiya fakültəsinin dekanı dosent Zakir Ələsgərovun sədrliyi ilə keçirilən Filologiya fakültəsi dekanlığının və universitetin Keyfiyyətin Təminatı Mərkəzinin   birgə iclasında fənn seçimi müzakirə olundu.Universitetin  Keyfiyyətin Təminatı   Mərkəzinin müdiri t.ü.f.d.İsmayıl İsmayılov  çıxış edərək tələbələrə seçimdə sərbəst şərait yardılmasını, seçimin obyektiv, şəffaf keçdiyini qeyd etdi. İclasın  iştirakçılarından  dos. f.ü.f.d M.Məmmədova, dos.G.Məlikova də fənn seçiminin təşkilinə  müsbət münasibət bildirdilər.

       Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu.